Moskvada qiymətli rəsm və sənət əsərlərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı tutulub
17.02.2016 452 0.0 0

Moskvada qiyməti 26 500 dollar (2 milyon rubl) olan rəsm əsərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı saxlanılıb.
 
“Lifenews”a istinadən verilən məlumata görə, istintaqın versiyasına əsasən, azərbaycanlı Valeh Əzizov Yulya Kleverin “Zapuşennıy sad” ("Baxımsız bağ") əsərini satmaq üçün vasitəçi olub. O, 1916-cı ildə çəkilmiş şəkli “Kvad fine art” şirkətinin direktorundan alıb, lakin nə şəkli, nə də pulu  qaytarıb. Saxlanılan V. Əzizov sorğu zamanı I Nikolayın sarayında olmuş farforlu vaza, Konstain Makovskini “Boyarin”, Vasili Polenovun “Attitud”  və Fyodr Malyavinin 3 əsərini də oğurladığını etiraf edib. Bu əsərlərin və əşyaların ümumi dəyəri 260 min dollar (20 milyon rubl) məbləğində qiymətləndirilir. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar