Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub
16.03.2016 492 0.0 0

 Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub.
 
Vergilər Nazirliyindən verilən məlumata görə, komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tabeçiliyində olan Xocalı təsərrüfat hesablı təmir-tikinti sahəsi ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11 a ünvanına bildirə bilərlər.
 
Bundan başqa, həmin mərkəzin tabeçiliyində olan xüsusi ixtisaslaşdırılımış tikinti-quraşdırma idarəsi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11a ünvanına bildirə bilərlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar