ERMƏNİNİN ADINA YENİ KÜÇƏ VERİLDİ.
16.08.2014 2068 0.0 0

Türkiyənin Bitlis şəhərinin küçələrindən birinə erməni mənşəli amerikalı yazıçı Uilyam Saroyanın adı verilib. 

Məlumata görə, əhalisi kürdlərdən ibarət olan Bitlis şəhərinin şurası beş küçənin adının dəyişdirilməsi barədə qərar verib. Qərara əsasən küçələrdən birinə Uilyam Saroyanın adı verilib. 

U.Saroyanın babaları 1915-ci ildə Bitlisi tərk ediblər. U.Saroyan Kaliforniyanın Frezno şəhərində anadan olub, lakin babalarının vətəni ilə sıx əlaqələrini saxlayıb. O, 1964-cü ildə Bitlisə səfər edib və 2014-cü ildə bu səfərin 50 illiyi tamam olub.

Bitlis şəhər şurası da bu yubileylə bağlı erməni yazıçının adını vaxtilə babalarının yaşadığı küçəyə verib.//
ANS PRESS


Teqlər:ERMƏNİNİN ADINA YENİ KÜÇƏ VERİLDİ.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar