MİLLİ BANK BANKLARIN ÜMUMİ MƏNFƏƏT VƏ ZƏRƏRLƏRİN AÇIQLADI
01.12.2014 1399 0.0 0

Bu ilin oktyabr ayının nəticələri üzrə bankların ümumi mənfəəti zərərlə işləyən bankların itkilərindən 12 dəfə çox olub.Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik hesabatında deyilir.

Hesabata əsasən, 36 bankın mənfəəti 393,63 milyon manat, 6 bankın zərəri isə 32,26 milyon manat təşkil edib ki, bu da bank sisteminə 361,37 milyon manat xalis mənfəət əldə etməyə imkan verib.

Sentyabr ayı ilə müqayisədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, onların ümumi mənfəəti isə 12,95 faiz artıb. Zərərlə işləyən bankların sayı da dəyişməz qalıb, ümumi zərər isə 13,93 dəfə artıb.

2014-cü ilin oktyabrında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, sektorun ümumi mənfəəti isə 31,5 faiz artıb. Bununla yanaşı, zərərlə işləyən bankların sayı 5-dən 6-dək, ümumi zərər isə 2,3 dəfə artıb.

Dövrlər

Mənfəətlə işləyən bankların sayı

Bank sisteminin ümumi mənfəəti (mənfəətlə işləyən banklar üzrə)

Zərərlə işləyən bankların sayı

Bank sisteminin ümumi zərərləri (zərərlə işləyən banklar üzrə)

Bankların yekun mənfəəti (+) və ya zərəri (-)

01.11.2013

38

299,29

5

-13,54

285,75

01.11.2014

38

393,63

8

-32,26

361,37

Azərbaycanda 44 bank fəaliyyət göstərir.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar