YENİ İL AXŞAMINA KİMİ 5 ÖLKƏDƏ 11 SENTYABR TERRORU TƏKRARLANA BİLƏR
02.12.2014 1310 4.0 0

Alman Express qəzetinin İngilis kəşfiyyat qaynaqlarına istinadən verdiyi xəbərə görə, Əl-Qaidə, Avropanın 5 böyük şəhərinə 11 Sentyabr hadisələrinə bənzər bir terror planı üzərində işləyir.

Xəbərdə bir havalimanın  təhlükəsizlik işçisinin "Bizə Yeni il axşamından əvvəl 5 sərnişin təyyarəsi ilə hücum ediləcəyi söylənib" deyə bəyan edib. Hücum planları haqda təxminən 2 aydır  məlumat əldə olunduğu açıqlanıb.

İngiltərədən Avropanın böyük şəhərlərinə ediləcək uçuşların terroristlərin hədəfində olduğu və hücumların yeni il bayramı qabağı həyata keçiriləcəyi iddia olunur. Təhlükəsizlik əməkdaşı qəzetə "Planlar, Əl Qaidənin rəhbər kadrları tərəfindən hazırlanmış" deyə bildirib.

Təhlükəsizlik güclərinin təhdidi çox ciddi qəbul etdiyi və bu haladan narahatlıq keçirdiyi vurğulanır.

Qazeta.info Türkiyə mətbuatına istinadən verdiyi xəbərd,  bombaların əl Çantası ilə təyyarələrə yüklənəcəyi açıqlanır.Bu səbəbdən də, təyyarələrə əl baqajının alınmaması istiqamətində qadağaların qoyulması müzakirəyə çıxarılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar