ERMƏNİLƏRƏ GİROV DÜŞƏN YENİ-YETMƏNİN 15 YAŞI VAR.
06.09.2014 1380 0.0 0

 

Cavidin girov götürülməsi xəbərləri ailə üzvlərinə bildirilmir

 

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Cavid Samiroğlu Məmmədovun 15 yaşı olduğu məlum olub. 

Məlumata görə, girov götürülən Cavid Samiroğlu Məmmədov Tərtər rayonundakı 2 saylı orta məktəbin şagirdidir. Ailəsinin verdiyi məlumata görə, Cavid ötən gün səhər saatlarında balıq tutmaq və çimmək adı ilə rayonun Çaylı kəndinə gedib. 

Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq uşaq evə qayıtmayıb. Hazırda uşağın girov götürülməsi barəsində olan xəbərlər onun ailə üzvlərinə bildirilmir. Cavidin atasının isə BQXK-nın Bərdə şəhərində yerəşən ofisinə çağırıldığı deyilir.

C. Məmmədov Tərtər rayonunun Qaçay Mehdiyev küçəsində yaşayır.

İlkin məlumata görə, girov Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.

Xatırladaq ki, Azərbaycan vətəndaşının girov götürülməsi barəsində Ermənistan mətbuatı məlumat yayıb.

Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb. 

Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.

Açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, "Belə bir fakt var, hazırda bununla bağlı araşdırma aparılır"//AnsPress

 

Teqlər:ERMƏNİLƏRƏ GİROV DÜŞƏN YENİ-YETMƏNİ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar