MARTİN ŞULTS RUSİYAYA YENİ SANKSİYA PAKETİNİN TƏTBİQİNƏ ÇAĞRIŞ EDİR
18.12.2014 766 0.0 0
Avropa Parlamentinin sədri Martin Şults Rusiyaya qarşı yeni sanksiya paketi hazırlamağa çağırıb.

 

 “RİA Novosti”-nin verdiyi xəbərə görə, Şults Rusiyaya qarşı hazırda tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinə səslənən çağırışların əleyhinə olduğunu da qeyd edib.  

 

“Üç mərhələli sanksiya rejimi hələlik saxlanılmalıdır... Münaqişənin mümkün dərinləşməsinə hazır olmağımızı təmin etmək üçün biz daha bir məqsədyönlü sanksiya paketi üzərində çalışmalıyıq”, deyə Şults Aİ liderlərinin sammitində çıxışı zamanı bildirib. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar