YANĞINDA AİLƏNİN 5 ÜZVÜ YANARAQ ÖLDÜ
16.12.2014 913 0.0 0
Ölənlərdən ikisi qadın, üçü azyaşlıdır

 

 Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib. 

 

Qazeta.info bildirir ki, rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

 

Hadisə bu gün səhər saat 6.30 radələrində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

FHN də hadisə ilə bağlı məlumat yayıb.

 

Məlumata görə, Sabirabad rayonunun Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

 

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar