VURĞUN ƏYYUB NARAZIDIR
01.11.2014 1348 0.0 0

“İlkin olaraq arayışa verilən rəyi oxudum. Əslində arayışla bağlı mən müraciət etməmişəm, çünki qurultayda keçirilən seçkilərin nəticəsində formalaşan qurumları legitim saymıram və o qurumlara da müraciət etməmişəm”. 

Bu sözləri açıqlamasında Qubad İbadoğlunun qurultay öncəsi və qurultayın gedişindəki pozuntularla bağlı təqdim etdiyi arayışa partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının verdiyi rəyə münasibət bildirən Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub söyləyib.

 

V. Əyyub deyib ki, qurultayda partiyanın təşkilati işlərinə uzun müddət rəhbərlik etmiş şəxslərdən biri olan Zöhrab Məhərrəmov rayon təşkilatları sədrlərinin qarşısını kəsib, İsa Qəmbərin artıq Arif Hacılını seçdiyini və müsavatçıların da bu seçimə səs verməli olduqlarını söyləyib: “Bu, dolayısı yolla qurultay nümayəndələrinin iradəsinə təzyiq idi. İkincisi, qurultayın Təşkilat Komitəsi seçki günü hər hansı siyahıların paylanmasını qadağan etmişdi. Bu qadağanın əksinə olaraq qurultay günü siyahı paylanırdı. İstər sərbəst Məclis üzvləri, istərsə də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri siyahı əsasında seçilmişdi. Bu iki məsələ mənim müşahidə etdiyim məsələlərdir və kimin nə rəy verməsi mənim bu barədə fikrimi dəyişə bilməz”.

 

Qeyd edək ki, Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyası başqanlığa sabiq namizəd Qubad İbadoğlunun təqdim etdiyi arayışa rəy verib və qurultayın işində pozuntu olmadığını bildirib. Müsavat Partiyasının başqanı Arif Hacılı bu rəyin ədalətli olduğunu bəyan edib. //APA


Teqlər:MUSAVATDA BAŞQAN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar