BDU TEHRAN UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIQ EDƏCƏK
17.12.2014 851 0.0 0

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

 

Universitetin mətbuat xidmətindən  verilən məlumata görə, akademik Abel Məhərrəmov ilk dəfə BDU-da olan qonaqlara bu təhsil ocagının tarixi, elmi nailiyyətləri, təhsilin inkişaf perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

 

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadi isə Bakı Dövlət Universiteti ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

 

Görüşdə həmçinin universitetlərarası əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, birgə konfrans və seminarların keçirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.


Sonda Tehran Universitetinin rektoru Nili Əhmədabadiyə “BDU-nun Fəxri qonağı” diplomu təqdim edilib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar