Maşın 8-ci mərtəbədən düşdü: 3 ölü (VİDEO)
29.11.2015 868 0.0 0

Moskva ətrafı Odinçova rayonunda avtomobil dayanacağında kuryoz qəza baş verib.

Məlumata görə, maşın parkinqin 8-ci mərtəbəsindən aşağı düşüb.

Hadisə nəticəsində üç nəfər ölüb. Hazırda qəzanın səbəbləri müstəntiqlər tərəfindən aydınlaşdırılır. Hadisə axşam Nemçinovkada avtomobil dayanacağında baş verib. İçində üç sərnişin olan "Mazda" avtomobili hələ bəlli olmayan səbəbdən çoxmərtəbəli dayanacaq kompleksinin 8-ci mərtəbəsindən aşağı gəlib.

 

 


Hadisə anı

Maşın hasarı uçuraraq aşıb və aşağıda dayanmiş "Volvo" avtomobilinin üstünə düşüb. Sərnişinlərin üçü də hadisə yerində ölüb. Gənc sürücü və sərnişinlərdən birinin yanında sənədlər olmadığından hüquq-mühafizə orqanları onların şəxsiyyətlərini araşdırır. Ölənlərdən birinin kimliyi məlum olub.

Ehtimal olunur ki, qəzaya səbəb avtomobildəki gənclər sərxoş olub./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar