BMT: JURNALİSTLƏRƏ QARŞI TÖRƏDİLƏN CİNAYƏTLƏRİN 90 FAİZİNİN ÜSTÜ AÇILMIR
02.11.2014 1235 0.0 0
Bu gün BMT-də ilk dəfə olaraq Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması günü qeyd olunacaq.

 

 “RİA Novosti” verdiyi xəbərə görə, BMT-nin Jurnalistlərin Mühafizəsi Komitəsinin məlumatına əsasən, 2004-2013-cü illərdə azı 370 jurnalist qətlə yetirilib. Onların ölümü bu və ya digər mənada peşə fəaliyyətləri ilə bağlı olub. Bu qətllərdən 333-ün üstü hələ də açılmayıb.   

 

Jurnalistlərin Mühafizəsi Komitəsi, xüsusən, Ukraynada çalışan jurnalistlərin taleyinə də diqqət yetirib: “İlin əvvəlindən, ölkədə böhran başlayandan 7 jurnalist və KİV nümayəndəsi ölüb”, deyə Komitənin əməkdaşı  Müzəffər Süleymanov bildirib.   

 

Qeyd edək ki, Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması gününün  hər il noyabrın 2-də qeyd olunması ötən il BMT Baş Assambleyasını tərəfindən qərara alınıb.

Bu tarix keçən il Malidə iki fransalı jurnalistin öldürüldüyü günə təsadüf edir.  //APA


Teqlər:BMT: JURNALİSTLƏRƏ QARŞI TÖRƏDİLƏN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar