BU GÜN MOSKVADA QARABAĞ KONFLİKTİNİN SÜLH YOLU İLƏ NİZAMLANMASI MÜZAKİRƏ OLUNACAQ
23.12.2014 793 0.0 0

Sammitdə Dağlıq Qarabağ konfliktinin sülh yolu nizamlanması müzakirə olunacaq

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçılarının sammiti başlayıb.

 

Moskva müxbirinin məlumata görə, Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbeq Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak edirlər.

 

Dövlət başçıları terrorizmlə və narkotiklərin dövriyyəsi ilə mübarizə, kollektiv təhlükəsizlik, kollektiv aviasiya qüvvələrinin yaradılması məsələlərini müzakirə edəcəklər.

Sammitin yekununda 22 sənədin imzalanması gözlənilir.

 

Sənədlərdən biri dövlət başçılarının ümumi bəyanatıdır.

 

Dövlət başçılarının bəyanatında Əfqanıstan faktoru nəzərə alınaraq Orta Asiyada terrorizm və ekstremizm təhlükəsindən narahatlıq, Ukraynada sülhün bərpa olunmasının və Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsinin vacibliyi əksini tapacaq.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar