Mərkəz rəhbəri: `Qarabağda niyə sonadək getməməyimizin səbəblərini indi açıqlaya bilmirik`
14.01.2022 283 0.0 0

“İndi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik. Ancaq bunun səbəblərini indi açıqlaya bilmirik”.

Məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Qarabağı erməni separatçılarından tam təmizləməməsinin səbəbləri barədə danışarkən deyib.

“İndi bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”, - o vurğulayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar