Məhəmməd Əlinin cənazəsində böyük kortej (VİDEO)
06.06.2016 1242 0.0 0

32 il boyunca parkinson xəstəliyiylə mübarizə apardıqdan sonra dünyasını dəyişən Məhəmməd Əlinin ölümü bütün dünyanı kədərə qərq edib.
 
Qazeta.info Baku.ws-nin məlumatına əsasən bildirir ki, 74 yaşında həyata gözlərini yuman Məhəmməd Əlinin cənazəsi Arizona ştatından Louisvill şəhərinə özəl təyyarə ilə gətirilib.

Məhəmməd Əlinin cənazə mərasimi cümə günü təşkil ediləcək.

Məhəmməd Əlinin ərəb dilində ayələrlə yazılı olan parçaya sarılı tabutu havalimanında böyük kortejlə qarşılanıb. Kortejdə mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar