Əli Həsənov- Müsəlman xalqlarının dinamik inkişafından ciddi əndişə keçirirlər
05.06.2015 700 0.0 0

İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir.

Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə deyib.

Ə.Həsənov bildirib ki, birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir. PA rəsmisi deyib ki, bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək: "Bu Oyunlar Azərbaycanın tarixinə yazılacaq. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanması mühüm bir hadisədir".

Əli Həsənov deyib ki, I Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Bəziləri heç Azərbaycanı Avropa dövləti kimi tanımaq istəmir. İslamafobiya xəstəliyinə tutulan bəzi avropalılar müsəlman dövlətinin yüksəlişinə ciddi bir faciə kimi baxırlar, müsəlman xalqlarının dinamik inkişafından ciddi əndişə keçirirlər. Biz belələrinə qarşı nümunə göstərməliyik. Azərbaycan kimi müsəlman dövlətləri heç də sizin ən nümunəvi, digər dinlərə sitayiş edən dövlətlərinizdən geri qalmır. Azərbaycanın ortaya qoyduğu nümunə ilə qərbin ortaya qoyduğu nümunənin heç bir fərqi yoxdur"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar