Lavrov və MDB ölkələrinin səfirləri təhlükəsizlik problemləri və terrorla mübarizəni müzakirə ediblər
20.01.2017 723 0.0 0

Yanvarın 19-da Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovun MDB ölkələrinin səfirləri ilə ənənəvi görüşü baş tutub.

 

MDB-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə MDB ölkələrinin 2016-cı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edilib, xüsusi diqqət birlik ölkələrinin xarici siyasətin koordinasiyası məsələlərinə ayrılıb.  

 

İştirakçılar MDB məkanında inteqrasiya proseslərinin inkişafı perspektivlərini, Rusiyanın 2017-ci ildə NDB-də sədrliyinin prioritetlərinin reallaşdırılması kontekstində birgə vəzifələri müzakirə ediblər.   

 

Tədbirdə regional və beynəlxalq gündəlikdəki aktual məsələlər, təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər, beynəlxalq terrorla mübarizə müzakirə edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar