MƏKTƏBLƏRDƏ YENİ QAYDALAR TƏTBİQ OLUNACAQ
05.11.2014 898 0.0 0

Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklikləri təsdiq edib.

Nazirlər Kabinetindən mətbuata verilən məlumatda bildiriblər ki, dəyişikliklərə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar).

Həmçinin ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.//Trend


Digər xəbərlər:
Şərhlər
avatar