Lavrov Suriya müxalifətinin silahlandırılmasının fəsadları barədə Kerriyə xəbərdarlıq edib
28.12.2016 793 0.0 0

Rusiya XİN rəhbəri  Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı bildirib ki, zenit-raket sistemləri daxil olmaqla silah-sursatın müxalifət qüvvələrinə tədarük edilməsinə icazənin verilməsi yeni qurbanlara gətirib çıxara bilər.    
 
Məlumata görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilib.   
 
“Lavrov bildirib ki, həmin icazə gərginlinin artmasına və yeni qurbanlara gətirib çıxaracaq”, deyə məlumatda bildirilir.  
 
 
Qeyd edək ki, dekabrın 23-də ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib. 
 
 ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar