ÖDƏNİŞSİZ Wi-Fi XİDMƏTİ GÖSTƏRİLƏCƏK
04.09.2014 1436 0.0 0
 

 

Bir neçə müddətdir ki,gündəmdə olan pulsuz Wi-Fi xidmətlərinin göstərilməsinə görə aparılan hazırlıq işləri yekunlaşır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) paytaxtın ictimai əhəmiyyətli ərazilərində simsiz Wi-Fi xidmətlərinin göstərilməsinə başlayır. Bunu çərşənbə axşamı İB-dən deyiblər.

İB-dən qeyd ediblər ki, pulsuz Wi-Fi şəbəkəsinə çıxış nöqtələrinin ümumi sayı təqribən 80 ədəd olacaq: "Onlar parklar, stadionlar, ticarət-əyləncə mərkəzləri və s. ərazilərə instalyasiya ediləcək".

Birlikdən bildiriblər ki, İB-nin şəbəkəsində tikilmiş bazada bilavasitə internet xidmətlərinin göstərilməsi ilə provayderlər məşğul olacaq. Nöqtələrin çoxuna "Delta Telecom" provayderi tərəfindən xidmət göstəriləcəyi istisna edilmir".

Qeyd edək ki, məlumatların ötürülmə sürəti 10 giqabit/saniyəyədək təşkil edəcək.//Trend


Teqlər:ÖDƏNİŞSİZ Wi-Fi XİDMƏTİ GÖSTƏRİLƏCƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar