İLİN ƏN İSTİ GÜNÜ OLACAQ
18.08.2014 2116 0.0 0

Yaxın günlər ərzində Bakıda ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir. Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, son iki gün ərzində Azərbaycan ərazisində ən yüksək temperatur Aran rayonlarında qeydə alınıb. Burada temperatur 40 dərəcəyə kimi yüksəlib. Abşeron yarımadasında 39 dərəcə isti olub. Bu göstəricilər, yəni həmin günlərdə müşahidə edilən orta sutkalıq temperatur çoxillik iqlim nomasından 3,5 dərəcə yüksək olub.

U.Tağıyeva bildirib ki, avqustun 20-i daxil olmaqla, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 36-39 dərəcə isti olacaq, bəzi ərazilərdə isə temperatur 40 dərəcəyə kimi yüksələcək. Ən isti günün avqustun 20-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında paytaxtda bəzi ərazilərdə temperaturun 41 dərəcəyə kimi yüksələcəyi ehtimal edilir.

Avqustun 21-dən başlayaraq, mülayim cənub küləyi şimal küləyi ilə əvəzlənəcək. Şimal küləyinin sürətinin artması ilə əlaqədar Bakıda kəskin istilərdən sonra hava əvvəlki günlərlə müqayisədə nisbətən sərinləşəcək. Şimal küləyi ilə əlaqədar avqustun 21-dən başlayaraq, havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq.

U.Tağıyeva bildirib ki, bu il avqustun 16-dan 20-dək müşahidə olunan hava şəraitini builki yayın ən isti dövrü kimi də dəyərləndirmək olar. Amma həmin dövrlərdə qeydə alınan temperaturu rekord göstəricilər kimi qiymətləndirmək olmaz. Çünki 2010, 2012-ci ildə də davamlı, uzunmüddətli istilər müşahidə edilib, temperatur 40 dərəcədən də yüksək olub.//Ternd


Teqlər:İLİN ƏN İSTİ GÜNÜ OLACAQ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar