Ermənilərin katolikosu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb.
06.08.2014 1308 0.0 0
     
    Ermənilərin katolikosu Qafqaz Müsəlmanları        İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür  Paşazadəyə məktub ünvanlayıb.

 

 

 

 

 

          APA-nın  verdiyi xəbərə görə,  Qareqin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.   

 

Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif,  lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır.   

 

“Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, onun həyata olan haqqı da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir.  Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz”, deyə məktubda bildirilir. 


Teqlər:Ermənilərin katolikosu Qafqaz Müsəl

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar