KİV: Gürcüstan və Ukrayna xüsusi xidmət orqanları Saakaşvilinin ekstradisiyası barədə gizli danışıqlar aparır
15.12.2017 846 0.0 0

Gürcüstan və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Minskdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Gürcüstana ekstradisiyası ilə bağlı gizli danışıqlar aparıblar.

"İnterfaks"a istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın "Rustavi-2" telekanalı məlumat verib.

Telekanalın mənbələrinin verdiyi məlumata görə, Gürcüstanın Dövlət Təhlüksizliyi Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelauri bu məqsədlə Belarusdadır.

Eyni zamanda, teleşirkət DTX-nin Ukrayna tərəfi ilə hansısa danışıqlar aparılması ilə bağlı yayılmış xəbərləri təkzib edib.

Bu arada müxalif "Vahid Milli Hərəkat" Partiyasından (VMHP) Gürcüstan hökumətinin Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəmədiyini və V.Qomelaurinin məhz bu məqsədlə ukraynalı həmkarları ilə danışıqlar apardığını bildiriblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar