İNSANLAR KÜÇƏDƏ QALIB
05.11.2014 1678 0.0 0

Saytımıza daxil olan məlumata görə hazırda Nəsimi rayon Cavadxan küçəsi 44 unvanı yaxınlığinda çoxlu insan kütləsi toplanmaqdadır.

 

Verilən məlumatda bildirilir ki, yol qırağına toplanan insanlar ışdən çıxıb evinə getmək üçün marşrut avtobusunu gözləmək məqsədilə toplaşıblar.

Məlumatda daha sonra bildirilir ki, artıq 1 saatdan çoxdur ki,işdən yorğun çıxıb  evə getmək üçün gözləyənlər var.Lakin avtobus gecikməsinin hansı səbəbə bağlı olduğu izah edilmir.Bəziləri bunu qarşıda olan tıxaclarla izah etsələr də yolda şəxsi avtomobillərin axını normal müşahidə olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar