Keniyay rəsmi səfərə gələn Obama nənəsi ilə də görüşdü-VİDEO
25.07.2015 698 0.0 0

“TASS”a istinadən verilən xəbərə görə, amerikalı lider axşam saatlarında Nayrobidə qaldığı otelin restoranında  şam yeməyi zamanı bir qrup qohumları ilə görüşüb.  
 
Məlumata görə, Obama böyük masa arxasında ögey bacısı Auma və nənəsi Sara ilə birgə əyləşib.  
 
Obamanın nənəsi bundan əvvəl bir neçə dəfə Barak Obamanı Keniyaya dəvət edib və prezidentin ölkənin qərbindəki Koqelo kəndində dəfn olunan atasının qəbrini ziyarət etməyə çağırıb. Lakin Barak  Obamanın atasının qəbrini ziyarət etməyəcəyi bildirilir.
 
Məlumata görə, Sara Barak Obamanın babasının üçüncü həyat yoldaşı olmasına baxmayaraq,  prezident ona “nənə” deyərək müraciət edir.  /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar