ŞƏHİDLƏR XİYABANINDAKI MURDARÇILIQA RƏSMİ AÇIQLAMA.
22.08.2014 1765 0.0 0

Bakıda məhəbbət simvolu sayılan şəhidlərimizin qəbirləri təhqir olunması ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət gəlib. 

 

 

Qurumun mətbuat xidmətindən bildiriblər ki, nazirliyə bu barədə heç bir şikayət daxil olmayıb. 

Bildirildi ki, əraziyə polis əməkdaşları nəzarət edir. Polislər asayişin qorunması üçün xidmət aparırlar. Lakin kiminsə nalayiq hərəkəti polisin gözündən qaça bilər. Buna qanun keşikçilərilə yanaşı, ictimai nəzarət də olmalıdır.

Daxili İşlər Nazirliyindən onu da bildirdilər ki, baş verən hadisə mütləq araşdırılacaq və günahkar tapılaraq məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, Şəhidlər Xiyabanının yalnız girişində bir müşahidə kamerası var. Lakin xiyabanın içərisində bir dənə də olsun kamera yoxdur.

Ötən gün Şəhidlər Xiyabanına gedən sakinlərdən biri Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəklini paylaşıb.Hər iki qəbrin üzərində ləkələr olan şəkil Facebook sosial şəbəkəsində paylaşılıb.



Teqlər:ŞƏHİDLƏR XİYABANINDAKI MURDARÇILIQA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar