ZAKİR HƏSƏNOV BƏHREYNƏ GETDİ
25.12.2014 797 0.0 0

Dekabrın 25-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
 

Qazeta.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.
 

Səfər dekabrın 27-dək davam edəcəkdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar