Kərəm Həsənov Xaçmazda vətəndaş qəbulu keçirəcək
19.02.2018 816 0.0 0

 Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov fevralın 23-də Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.

Dövlət Komitəsinə istinadən xəbər verilir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşlar Komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn rejimdə office@emdk.gov.az elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105);

Komitənin 13 saylı ərazi şöbəsi: (023) 325-39-72; 325-33-55; 325-12-27;

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (023) 325-00-18;

Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Komitənin 13 saylı ərazi şöbəsi: Xaçmaz rayonu. Məmməd Əmin Rəsulzadə küçəsi, 7b;

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 9A;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar