Kəndə mal-qara yeməyə gələn pitonu asmaq istədilər - dəhşətli görüntüləri anbaan izləyin - VİDEO
13.01.2016 3077 0.0 0

Hindistanda  qidalanmaq üçün kəndə daxil olan nəhəng piton ilanı sakinlərə çətin anlar yaşadıb. Sürünəni yaxalamaq üçün hərəkətə keçən hindlilər ilanı asanlıqla ram edə bilməyiblər.

Piton ilanı dövrəyə alan sakinlər onu tutaraq öldürməyə çalışıblar. Ancaq müqavimət göstərən sürünən kəndlilərin əlindən sağ çıxa bilib. Bəzi sakinlərin hətta piton ilanla selfi çəkdirməyə çalışması da diqqət çəkib.

Yerli medianın məlumatına görə  kəndlilərin heyvanlarına göz dikən  ilanın uzunluğu 5 metrdən çox olub. Bu cür nəhəng ilan  hətta  uşaqları da asanlıqla udmağa qadirdir. Onu kənddən uzaqlaşdırmaqla təhlükəni sovuşduran hindlilər bu cür halların baş verməməsi üçün əlaqədar qurumların hərəkətə keçməsini tələb ediblər.

Mütəxəssislərin sözlərinə görə,  əslində yırtıcı heyvanların və ilanların yaşayış məskənlərinə üz tutmasına meşələrin qırılması və yaşayış massivlərinin sürətlə genişlənməsi səbəb olur. Eyni zamanda, heyvanlar öz məkanlarında qida tapa bilmədikləri səbəbindən də yaşayış məskənlərinə üz tuturlar./atv.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar