MÜXALİFƏTÇİLƏRİN SAVAŞI SOSİAL ŞƏBƏKƏLƏRDƏ TƏHQİRLƏ DAVAM EDİR.
31.08.2014 1292 0.0 0

Bir müddət öncə AXCP-və ona yaxınlığı ilə tanınan siyasətçi və QHT-ləri kəskin tənqid edən ADP sədri Sərdar Cəlaloğlunun verdiyi açıqlamalar hədəf aldığı düşərgəni kəskin qıcıqlandırıb.Açıqlamadan 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq qarşı tərəf susmaq bilmir.

Xatırladaq ki ,S.Cəlaloğlu verdiyi açıqlamada AXCP-ni ölüsoyanlıqda ittiham edərək,“Həm özlərini siyasi məhbusların hüquqlarını müdafiə edən yeganə təşkilat kimi göstərməyə çalışır, həm də müdafiə adı altında dərhal xarici təşkilatlara  müraciət edib, vəkil tutmaq adı ilə maddi dəstək istəyirlər. Bu birinci dəfə deyil. Bunların bütün fəaliyyəti, siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində canfəşanlıqlarının səbəbi budur. Şəxsən mən bunu əxlaqsızlıq, ölüsoyanlıq hesab edirəm” kimi açıqlamal vermişdi.

Bu mövzu  sosial şəbəkələrdə günü gündən daha çox çəkişmə mövzusu olub.Bu gün müxalifətçilərdən Eldəniz Qulyev S.Cəlaloğlunun fikirlərinə kəskin replika bildirib.O,mövzu ilə əlaqədar qısa paylaşmaların birinə "zəfəranın nə olduğunu bilməyəndən bundan artıq nə gözləmək olr?" deyə replika yazıb.


Teqlər:MÜXALİFƏTÇİLƏRİN SAVAŞI SOSİAL ŞƏBƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar