Kəbədə ölənlərin sayı 87-yə, yaralılar isə 154-ə çatdı-VİDEO
11.09.2015 684 0.0 0

Kəbədə qaldırıcı kranın aşması nəticəsində ölən və yaralananların sayı durmadan artır.

 

Bildirək ki, Kəbənin genişləndirilməsi üçün aparılan təmir işləri zamanı qaldırıcı kranın aşması nəticəsində  yaxınlıqdakı tikilinin divarını uçurub və ziyarətdə olan zəvvarların üzərinə aşıb.

 

Qazeta.info bildirir ki,  hadisə nəticəsində ölənlərin sayı durmadan artır.Son məlumata görə hadisə zamanı 87 nəfər ölüb, 154 nəfər xəsarət alıb.

 

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.

 

Xatırladaq ki, yayılan məlumatlara görə , hadisə güclü küləkdən sonra baş verib.Mətbuata şahidlərin verdiyi məlumata görə hadisədən az əvvəl güclü ildırım çaxıb və yağış yağıb.

 

Qazeta.info hadisənin əks olunduğu video yazını oxuculara təqdim edir:

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar