İtkin düşən neftçilərdən birinin meyiti qonşu ölkənin sahillərində tapıldı
27.12.2015 1937 0.0 0

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb.

Qazeta.info bildirir ki, bu barədə virtualaz.org-a prokurorluq orqanlarından məlumat verilib.

Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Dərhal görülən xilasetmə tədbirləri nəticəsində 33 nəfər xilas olunmuş, sonradan 8 nəfərin meyiti tapılmışdı. 22 nəfər neftçi isə bu günə qədər itkin düşmüş hesab edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar