İşığa görə gələn borc Nardaran sakinini şoka saldı - FOTO
01.12.2015 1125 0.0 0

Ötən həftə Nardaranda bir qrup dindarla polis qüvvələri arasında baş verən, iki polis işçisinin və beş nəfər yerli sakinin ölümü ilə nəticələnən toqquşmadan sonra qəsəbədə elektrik enerjisi tamamən kəsilib. 9 mindən çox əhalisi olan Bakı kəndi zülmətə bürünüb.

"Azərişıq” ASC məlumat yayıb ki, elektrik enerjisi Nardaran sakinlərinin işığa olan borcuna görə kəsilib. Açıqlanan məbləğ 42 mln. 267 min manat təşkil edir.

Bu gün isə sosial şəbəkələrdə bir Nardaran sakininin istifadə etdiyi elektrik enerjisinə görə "Azərişıq" ASC-yə borcu olduğunu göstərən bildiriş yayılıb. Bildirişdə Sabunçu rayon, Nardaran qəsəbəsinin sakini Ələmdar Bünyatovun  "Azərişıq"-a 5394 manat 18 qəpik borclu olması göstərilib.

Qeyd edək ki, vətəndaş "Azərişıq" ASC-yə sonuncu dəfə 2015-ci ilin yanvar ayında 30 manat  ödəyib./bizimyol.info/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar