QMİ SƏDRİ İRANIN DİNİ LİDERİ İLƏ GÖRÜŞÜB
26.11.2014 1235 0.0 0

Qazeta.info Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinə istinadən bildirir ki, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə  İrana səfəri çərçivəsində ölkənin Ali Dini Lideri Ayətullah əl-üzma Seyid Əli Xamenei ilə görüşüb. Görüş zamanı İranın dini rəhbəri İslam aləmini  təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb.

Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb.

İran səfəri çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə  Ayətullah əl-üzma Məkarim Şirazi ilə də təkbətək görüş keçirib. Şeyxülislam A.Paşazadə Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. O, bildirib ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır.

Sonra QMİ sədri ilə Ayətullah əl-üzma Cəfər Sübhani arasında təkbətək görüş baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, bu gün, noyabrın 25-də Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin İran səfəri başa çatıb və QMİ sədri Vətənə qayıdıb. 

  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar