İranlı din xadimləri Gəncədə görüşlər keçirdi-VİDEO
03.09.2015 752 0.0 0

İranın tanınmış din xadimi Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani Şamaxıdan Gəncəyə gəldi. Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonaq Nizami məqbərəsində oldu.

ANS-Tv -nin məlumatına görə, din xadiminə şairin həyat yaradıcılığı barədə ətraflı məlumat verildi. 

Bildirildi ki ki, məqbərədə təmir işləri aparılıb və yaxınlığında Nizami muzeyi inşa edilib. Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani və onu müşayiət edən nümayəndə heyəti bu gün eyni zamanda Gəncədəki İmamzadə Kompleksində də oldu. Burada aparılan təmir bərpa işləri barəsində qonaqlara məlumat verildi. 

Din xadimləri imamzadə ziyarətgahının təmirində dini yazıların necə əks olunması ilə bağlı işgörənlərə tövsiyyələr verdi. Daha sonra isə Qonaqlar və yerli sakinlər birlikdə namaz qıldırlar./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar