İran, Rusiya və Suriya müdafiə nazirləri görüşü keçirəcək
08.06.2016 478 0.0 0

Sabah Tehranda İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
 
Məlumata görə, Hüseyn Dehqan, Sergey Şoyqu və Fəhd Casim Əl-Fəricin iştirak edəcəyi görüşdə terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq. 
 
Danışıqlar zamanı bölgədə baş verən son proseslər və terrorizmlə mübarizə yollarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar