İran mətbuatı İŞİD liderlərindən birinin öldürüldüyü haqda xəbər yayıb
02.05.2015 691 0.0 0

İraqda İŞID terrorçu qruplaşmanın Əbu İbrahim aş-Şişani təxəllüsü ilə məşhur liderlərindən biri öldürülüb.

Məlumata görə, bu haqda “Press-TV” xəbər yayıb.

"İraq təhlükəsizlik qüvvələri İŞID terrorçu qruplaşmanın əsas komandirlərindən birini məhv etməyi bacarıb. Bu əyalət rayonlarından birinin təmizləməsi əməliyyatı zamanı olub. Öldürülmüş Əbu İbrahim aş-Şişani təxəllüslü şəxs terrorçuların liderlərindən biri idi", - deyə məlumatda bildirilir.

Əbu İbrahim aş-Şişani keçən ay Bağdadın 80 kilometrliyində yerləşən Baydji şəhərində yerləşən İraqın ən böyük neftayırma zavodlarından birinə edilən hücuma rəhbərlik edib.
/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar