İran Fars körfəzi ilə Qara dəniz arasında dəhlizin yaradılmasını təklif edir
18.04.2017 611 0.0 0

"Fars körfəzi ilə Qara dəniz arasında dəhliz yaradılarsa, bu, nəqliyyat xərclərini aşağı salacaq". "Report" "Vz.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tbilisidə keçirdiyi mətbuat konfransında verib.

Nazir bildirib ki, bu ideyanın həyata keçirilməsi üçün "Gürcüstan, İran, Ermənistan və Azərbaycanın əməkdaşlığı zəruridir".

Nazir həmçinin bu həftənin sonunda Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin İranı ziyarət edəcəyini xatırladıb və görüşün "tarixi səfər" olacağını qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar