İngiltərədə baş verən təyyarə qəzasının görüntüləri yayılıb-VİDEO
23.08.2015 1145 0.0 0

İngiltərənin cənubunda keçirilən Şorhem aviaşousunda qəzaya uğramış təyyarənin avtomobil yoluna düşməsi nəticəsində baş vermiş ağır qəza zamanı 7 nəfər həlak olmuşdu və 15 nəfər yaralanmışdı. 

Məlumata görə, təyyarənin pilotunun havada dönüş etmək istədiyi lakin  dönmə hərəkətini yerinə yetirə bilməməsi səbəbindən yerə çakıldığı hesab olunur.Bildirək ki, aviasiya mütəxəssislər açıqlamalarında    “Hawker Hunter” tipli təyyarənin şousu göstərmək istəyən pilotun yerə çox yaxın məsafədə dönməyə çalışdığını ifadə ediblər .

 

 Qazeta.info xarici KİV-lərə istinadla bildirir ki, polis hadisə yerindəki araşdırmanın davam etdiyini və ölü sayının arta biləcəyini açıqladı. Xatırladaq ki, təyyarənin düşdüyü ərazidə kilsələrin birində  nikah mərasimi keçirilirmiş elə bu səbəbdən də zərər  çəkənlərin sayının bu qədər  çox olduğu söylənilir.

 

Hadisə anını əks etdirən video görüntüləri oxuculara təqdim edirik:

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar