İbadətə getdilər və ibadət etmədən öldülər... (VİDEO, FOTO)
10.08.2015 747 0.0 0

Hindistanın şərqindəki Carkhand ştatında 11 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Yerli polisin onlarla insanın yaralandığını bildirilir. 

Bu gün səhər saatlarında minlərlə insan ölkənin ən iri ziyarət mərkəzlərindən olan Deoqarkx şəhərində yerləşən məşhur məbədə toplaşıb. Darvazalar açılarkən məbədin qarşısında izdiham baş verib və hamının içəriyə birinci girməyə can atması sonda fəlakətlə nəticələnib. 

Yaranmış basabasda 11 nəfər ölüb. onlarla insan xəsarət alıb. Xəsarət alanlar yerli hospitala yerləşdirilib.

 


Hadisənin baş verdiyi ərazi


Hindistanda dini mərasimlər zamanı insanların kütləvi tələf olması ilə nəticələnən izdihamlar tez-tez baş verir. Təkcə ötən ay ölkədə dini mərkəzlər qarşısında iki belə hadisə qeydə alınıb.

 


Televiziyalar məbəddə baş verən hadisəni şərh edir


Keçən ay Hindistanın Puri şəhərində Ratxa-Yatra festivalında 1,5 milyon insan iştirak edib. Festival ərəfəsində məbədə baş çəkən insanlar qapıdan içəriyə girərərkən bir-birilərinə aman verməmələri 2 qadının ölümü, onlarla insanın yaralanmasına səbəb olmuşdu.

 

Hadisə nəticəsində həlak olmuş insanlar/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar