Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub- FOTO
01.12.2021 327 0.0 0

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib.

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Yaylım atəşi açılıb.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar