MSK BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR MÜRACİƏTLƏRƏ BAXIB
06.12.2014 732 0.0 0

Qazeta.info Mərkəzi Seçki Komissiyasına istinadən bildirir ki, Dekabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 26 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Daha sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarının müəyyən olunması məsələsinə baxıldı. Komissiyanın qərarı ilə 14 bu cür bələdiyyə üzrə səsvermə protokollarını tərtib etməli olan dairə seçki komissiyaları müəyyənləşdirilib.

Qurumun verdiyi məlumata görə, Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə  baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olmuş müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilməsinə, digər müraciətin isə təmin edilməsinə qərar verildi.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar