TÜRKİYƏDƏ TERRORA GÖRƏ AZƏRBAYCANLI HƏBS OLUNDUĞU İDDİA OLUNUR
08.01.2015 791 0.0 0

Yanvar ayının 6-da Türkiyədə baş verən terror aktı ilə bağlı azərbaycanlılar saxlanılıb. Məlumata görə, bu iddia Türkiyənin "Vatan" qəzetində yer alıb. Qəzetdə Sultanəhməddə baş verən partlayışla bağlı iki azərbaycanlının saxlanıldığı iddia edilib. 

Bir polisin şəhid olması ilə nəticələnən partlayışı törədənin isə çeçen əsilli olduğu və taksidə rus dilində danışdığı qeyd edilib. 

Jurnalist Emre Erciş "Twitter"də qadının İŞİD terrorçu təşkilatı ilə bağlı olduğunu yazıb. 

Xatırladaq ki, kamikadze qadının özünü partlatması nəticəsində polis Kenan Kumaş və özünü partladan qadın ölüb. 

Partlayışı törədənin Elif Kalşen olduğu bildirilib. Ancaq Kalşen ailəsi Tibbi ekspertizada onlara göstərilən meyitin qızlarına aid olmadığını deyib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar