HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞİR DYP XƏBƏRDARLIQ ETDİ
06.01.2015 1091 0.0 0

Bakıda və Abşeron yarımadasında yanvar ayının 07-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 08-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 
Yanvarın 08-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 08-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 09-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var. 
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 07-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq

Xatırladaq ki , hava şəraitinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsindən  (BDYPİ) də məlumat yayılıb.

Məlumatda , ölkədə davam edəcək soyuq hava şəraiti əlaqədar  sürücülərə yolların buz bağlamasını nəzərə alaraq avtomobillərinin texniki sazlığı  normal olmayan və şinlərinin qış mövsümünün normalarına cavab verməyən avtomobillərlə yola çıxmamaları xəbərdarlığını edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar