Həmsədr: Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər münaqişələrdən fərqlənir
11.03.2017 865 0.0 0

"Beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var".
 
Məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib. Onun fikrincə, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur.
 
Təmas xəttində müşahidəçilərin sayının artırılması məsələsinə münasibət bildirməyən R. Hoqland Sankt-Peterburq və Vyana görüşlərində tərəflər arasında etimadın artırılmasına dair təkliflərin olduğunu nəzərə çatdırıb.
 
Diplomatın qənaətinə görə, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar