SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ YOL BAĞLANIR
15.08.2014 1696 0.0 0

 

Hava limanına gedən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Məlumata görə, paytaxtın mərkəzindən hava limanı istiqamətinə gedən yol şənbə və bazar günləri nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq. Səbəb aeroport şossesində yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni informasiya lövhəsinin quraşdırılmasıdır. Nəqliyyatın hərəkəti əsasən günün ikinci yarısından sonra məhdudlaşdırılacaq. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə sıxlığın, tıxacların yaranmaması üçün alternativ aeroport-Hövsan beton yolundan istifadə etsinlər.//
ANS TV


Teqlər:SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ YOL BAĞLANIR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar