Gürcüstanda azərbaycanlı icra başçısı küçə ticarətini ləğv edəcək
12.03.2018 1091 0.0 0

“Marneuli rayonunda küçə ticarəti qadağan olunacaq”.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bunu Marneuli rayonunun icra başçısı Temur Abazov bir qrup narazı sakinlə görüşdən sonra deyib. 
 

O bildirib ki, küçə ticarəti həm ətrafa təhlükə yaradır, həm də Marneulinin görkəmini pozur: “Küçə ticarəti ilə məşğul olanlara xəbərdarlıq edilib və onlara bazar ərazisinə köçmələri üçün bir həftə vaxt verilib”. 
 

T. Abazov əlavə edib ki, küçə ticarətinin aradan qaldırılması ilə bağlı qərar qanun çərçivəsində qəbul olunub. 

Qeyd edək ki, bu gün Marneuli rayonunun bir qrup sakini müvafiq qərara etiraz edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar