BOĞULAN SONUNCU UŞAQ DA TAPILIB
08.08.2014 1799 0.0 0

Dənizdə batan uşaqlardan sonuncusunun da meyiti tapılıb.

Qadağan olunmuş ərazidə batan 6 yaşlı Məmmədov Fazil Qafil  oğlunun meyiti bu gün səhər saat 07.44 radələrində batdığı yerdən 5 km kənarda dəniz sahilində  xilasedicilər tərəfindən tapılaraq tibbi ekspertiziyaya gondərilib. 

Bildirildiyi kimi, avqustun 6-da axşam saatlarında  Şüvəlan çimərliyindən 8 km aralıda, qadağan olunmuş ərazidə 10 yaşlı Məmmədova Kəmalə Qafil qızı ,bacısı 9 yaşlı Məmmədova İlgün Qafil qızı  və qardaşı 6 yaşlı Məmmədov Fariz Qafil oğlu ,Mərdəkan çimərliyində isə 14 yaşlı Aydan Fərziyeva və onun qardaşı 9 yaşlı Hüseyn Fərziyev batmışdı.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar