İŞİD-Ə QARŞI 50 MİNLİK ORDU YARADILIR
02.12.2014 1295 0.0 0

ABŞ liderliyindəki beynəlxalq koalisiyanın, təhlükəsizlik güclərinə dəstək vermək məqsədiylə tayfa mənsublarından "50 min nəfərlik bir güc" meydana gətirəcəyi bildirilir.

Ənbar İl Şurasının sədri Sabah Kerhut AA-ya verdiyi açıqlamada, beynəlxalq koalisiyanın, "təhlükəsizlik güclərinə dəstək verən tayfa güclərindən peşmərgəyə bənzər bir quruluş" yaradılacağını söyləyib.

Bu məlumatı ona ABŞ-ın Bağdad səfiri Stuart Jonesin tərəfindən dünən axşam  şəxsən aldığını deyən Kerhut, 50 min nəfərdən yaradılacaq bu ordunun təlim və silahlandırılmasını beynəlxalq koalisiyanın maliyyələşdirəcəyini  ifadə edib.

Kerhut, sözü gedən məsələnin, Enbardan bir heyətin Vaşinqtona edəcəyi səfərdən sonra yaradılacağını qeyd edərək, "Bu güc, təlim və silahlandırma mərhələlərini tamamladıqdan sonra Enbardaki bütün bölgələrin İŞİD döyüşçülərinin təmizlənmə, vilayətin sərhədlərini qoruma vəzifələrini boynuna götürəcək" deyə bildirib.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar