Görünməmiş hadisə-Xanım əməliyyatdan sonra şikəst olub-Həkimlər isə onu tanımırıq deyirlər
07.05.2015 708 0.0 0

Bir neçə gün öncə Qazeta.info saytı  Akif Əhmədovun və onun həyat yoldaşı Əhmədova Tükəzban xanımın Göyçay Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin cərrahiyyə əməliyyatı olunduqdan sonr övladı 27 yaşlı Aygün  1 il 6 aydır ki, sağalmaz yataq xəstəsi olması barədə mətbuat dərc  etmişdik.

Bildirək ki, həmin yazıdan sonra mətbuata açıqlama verən Göyçay rayon prokurorunun  Ramiz adlı köməkçisi  bildirib ki: “ Akif Əhmədovun dediklərinin əsası yoxdur. Mən onun şikayətini araşdırmamışam”.  Göyçay RPŞ-nin Elsevər adlı təhqiqatçısı  isə bildirib ki: “ Akif Əhmədov çox pis adamdır. O, həmişə şikayət edir, qızının uğursuz əməliyat olunduğunu yazır.Ancaq biz ekspertiza təyin etdik və ittihamlar əsassız oldu.Ona görə də cinayət işi qaldırılmadı." Göyçay Mərkəzi xəstəxanasının həkimi Vladimir Şirinov isə jurnalistə bildirib ki: “ Akif Əhmədovun şikayəti əsasında heç bir ekspertiza keçirilməyib. Düzdür, prokurorun köməkçisi Ramiz barəsində şikayət olunan həkimləri öz kabinetinə çağırdı. Kabinetdə təhqiqatçı Elsevər də var idi. Prokuror köməkçisi təhqiqatçıya göstəriş verdi ki, cinayət işi açılmasın”

Yuxarıda qeyd olunanları nəzərə alaraq , Əhmədovlar ailəsi bildirir ki, artıq bu fakt subut edir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalovun, Rövşən və Vladimr adlı həkimlərin cinayət əməllərinin üstü pul gücünə ört-basdır edilib.

Bundan başqa şikayətçilər bildirir ki, baş həkim Famil Zeynalov jurnalistlərə yalandan söyləyib ki,  "Aygün Əhmədova Göyçay MRX-da cərrahiyə əməliyyatı edilməyib, əgər burada cərrahiyə edilsəydi sənədləşdirilərdi, Əhmədovlar ailəsi bizə şər atırlar.Bildiririk ki, yalanı bizim ailəmiz yox Göyçay MRX-nın korrupsiyaya qurşanmış baş həkimi Famil Zeynalov və onun himayə etdiyi cinayətkar həkimləri ediblər. Qızımızı cərrahiyyə əməliyyatı edən Rövşən həkimin öz xətti ilə yazdığı resseptlər də var ki, istintaq aparılarsa təqdim edəcəyik. Bu necə olur ki, bu boyda cərrahiyə əməliyatını danasan ? Bu mümkün deyil xəstənin bədənində cərrah bıçağının, cərrah tikişinin izi var.Bunu gizlətmək mümkün deyil.Buna görə də ekspertiza keçirilməlidir və bu şikayəti Göyçay rayon prokurorluğu yox Milli Təhlükəsizlik Nazirliyi araşdırılmalıdır. "

Xatırladaq ki, A.Əhmədov daha sonra qeyd edir ki, "Göyçay MRX-sı  cinayət əməllərinin üstünü ört basdır etmək üçün bizə heç bir sənəd vermədilər.Cinayət əməllərinin üstünü ört basdır etdirmək üçün isə xəstəni Bakıda yerləşən 2 saylı Psixitriya Klinikasına aparılması üçün göndəriş verdilər.Oranın Sevda adlı baş həkimi isə  2 ay 7 gün stasionar müalicə etdi heç bir xeyri olmadı.Bizdən isə buna görə 1200 manat istədi . 800 manat verdik 400 manat pul çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini girov saxladı. İndi isə Sevda həkim deyir ki, mən onlardan pul almamışam. Şəxsiyyət vəsiqəsini girov saxlamamışam. Bizim  800 manat pulu Sevda həkimə verməyimizi görən 4 nəfər şahid və hər şeydən xəbərdar uca Allah var."

Bundan başqa A.Əhmədov Sevda həkimin jurnalistlərə Əhmədova Aygünün anadan gəlmə psixi xəstə olması haqda açıqlamasına da aydınlıq gətirərək bildirirb ki, "Bu yalandır  bizim qızımızın heç bir psixi pozuntusu, xəstəliyi yoxdur.O, orta məktəbi fərqlənmə ilə bitirib, kolxozda işləyib. Sadəcə olaraq Göyçay MRX-nın baş həkimi Famil Zeynalovla  əlbir olan Sevda həkim razılaşdırılmış şəkildə belə bir yalan açıqlama verib cinayətin üstünü ört basdır edirlər.Cinayətkar bunlar özləridir və bunların cinayətinin üstünü ört basdır edən Göyçay Rayon prokurorluğunu Ramiz adlı köməkçisidir ki, artıq bu faktları özləri jurnalistlərə öz ziddiyətli çıxışları ilə söyləyiblər."

Qazeta.info bildirir ki, yazıda adı çəkilən şəxslərin də mövqeyini yayımlamağa hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar